Kılıçdaroğlu Rusiyanın seçkilərə müdaxiləsini açıqladı - FOTO
Türkiyədə prezident seçkilərində hazırkı dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu Rusiyanın bu ölkədə mayın 13-də keçiriləcək prezident seçkilərinə müdaxilə etdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə o öz Twitter səhifəsində türk və rus dillərində paylaşdığı müraciətdə qeyd edib.
"Əziz rus dostlar, dünən bu ölkədə ifşa olunan montajların, sui-qəsdlərin, "Deep Fake" məzmunlu görüntülərin arxasında siz dayanırsınız. Əgər 15 Maydan sonra dostluğumuza davam etmək istəyirsinizsə, əlinizi Türkiyə dövlətindən uzaq tutun. Biz hələ də əməkdaşlığın tərəfdarıyıq və dostluq”, - deyə o yazıb.
Kılıçdaroğlu səsverməyə müdaxilədə hansı rus qrupunun əli olduğunu açıqlamayıb.
Tunar Altunbay
Sevgili Rus Dostlarımız,
— Kemal Kılıçdaroğlu (@kilicdarogluk) May 11, 2023
Dün bu ülkede ortaya saçılan montajlar, kumpaslar, Deep Fake içerikler, kasetlerin arkasında siz varsınız. Eğer 15 Mayıs sonrası dostluğumuzun devamını istiyorsanız, elinizi Türk’ün devletinden çekin. Biz hala işbirlikten ve dostluktan yanayız.