Zelenski Hitler kimi intihar edə bilər - Medvedev

 16:13 12.05.2023     432

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin həyatı intiharla bitə bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Medvedev Ukrayna liderinin Rusiya hakimiyyətinin nümayəndələrinin “sonu pis olacaq” və ola bilsin ki, “öz ölümləri ilə deyil” bəyanatına belə reaksiya verib.

"Kim necə öləcək - biz bilmirik, çünki Tanrının yolları ağlasığmazdır. Amma Kiyevdə narkotik aludəçisinin məhz öz əlləri ilə məhv olmaq şansı var. Qorxaqcasına intihar edərək, özünü məhv etmək" - Təhlükəsizlik Şurasının sədr müavini "Telegram" kanalında Adolf Hitlerin taleyini xatırlayaraq cavab verib.

Turan İSMAYIL