Almaniya hökuməti 3 milyard dollarlıq tank almağa hazırlaşır

 16:33 12.05.2023     414

Almaniya hökuməti 18 yeni "Leopard 2" tankı almağa hazırdır və Ukraynaya göndərildikdən sonra yaranmış hərbi texnika çatışmazlığını kompensasiya etmək üçün gələcəkdə daha 105 ədəd tank sifariş etməyi istisna etmir.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr, mənbələrə istinadən bildirir ki, Bundestaqın (Almaniya parlamenti) büdcə komitəsi may ayının sonuna qədər 525 milyon avro (579 milyon dollar) dəyərində 18 tankın alınmasına razılıq verə bilər. Bu məlumatı agentliyə Almaniya Müdafiə Nazirliyi də təsdiqləyib. Bundan əlavə, Berlin daha 105 tank almağı planlaşdırır. Əməliyyatın ümumi məbləği 3,2 milyard dollar qiymətləndirilir.

“Leopard 2” tanklarını istehsal edən Almaniyanın “Rheinmetall” və “Krauss-Maffei Wegmann” konserninin nümayəndələri bu məlumatı təsdiqləmək üçün agentliyin sorğusuna cavab verməyiblər.

Qeyd edək ki, çərşənbə günü alman mediası xəbər verib ki, Bundestaqın büdcə komitəsi Bundesver (Almaniya Silahlı Qüvvələri) üçün əlavə 50 "Puma" piyada döyüş maşınının (IFVs) alınmasını təsdiqləyib. Siyasətçilər Almaniya hökumətinin təxminən 1,5 milyard avro xərcləmək niyyətində olduğu silah proqramını təsdiqləyiblər.

Turan İSMAYIL