Putin rusların xaricə axınını azaltmaq üçün göstəriş verdi

 18:18 12.05.2023     485

"Rusiya hakimiyyəti daha az rusiyalının xaricə getməsi üçün əlavə tədbirlər görməlidir, o cümlədən ölkədə cəlbedici yaşayış şəraiti yaratmalıdır".

Redaktor.az xəbər verir ki, bu barədə Prezident Vladimir Putinin Rusiya Federasiyasının Dövlət Miqrasiya Siyasəti Konsepsiyasına etdiyi əlavə bənddə bildirilir.

"2022-ci ildə dəyişmiş sosial-iqtisadi şəraitin təsiri altında Rusiya Federasiyası əhalisinin xaricə miqrasiya axını artıb. Bununla əlaqədar olaraq, insan kapitalının qorunması üçün cəlbedici maliyyə, sosial və digər mexanizmlərin yaradılması üçün əlavə tədbirlər tələb olunur.”, - cümə günü dərc olunan sənədin bəndlərindən birində deyilir.

Bundan əlavə, miqrasiya siyasətinin əsas istiqamətləri vətəndaşların Rusiya Federasiyasında könüllü köçürülməsi və ölkəyə girişinin tənzimlənməsi baxımından əlavə edilib.

İndi onların arasında daimi yaşayış yerlərini tərk etmiş Ukraynanın Donetsk , Luqansk, Zaporojye və Xerson vilayətinin sakinlərin xaricdən qayıtması üçün şərait yaradılması bəndləri də var.

Qeyd olunur ki, Rusiya hakimiyyəti bu cür insanlara sosial dəstək, o cümlədən onların qəbulu və yerləşdirilməsinin təşkili, müvəqqəti və ya daimi yaşamaq üçün başqa regionlara köçürülməsi üçün şəraitin təmin edilməsi kimi kompleks tədbirlər həyata keçirir.

Tunar Altunbay