"CHP layiq olduğu cavabı alacaq" - Ərdoğan

 19:12 12.05.2023     416

“Mayın 14-də CHP layiq olduğu cavabı alacaq”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul Baxçalıevlərdəki mitinqi zamanı deyib.

Türkiyə Prezidenti mitinq keçirilən əraziyə gələndə bir posterdə “Biz Türkiyəyə layiq olduğunu verəcəyik” yazıldığını gördüyünü deyib: “Bu, CHP-nin seçki posteri idi. Bəs, İstanbulun Bələdiyyəsinə indi hansı partiya rəhbərlik edir?! CHP. Onda İstanbulu niyə zir-zibil basır?! İstanbulun layiq olduğu budur?! İndi də deyirlər Türkiyəyə layiq olduğunu verəcəyik”.

“AK Partinin dövründə İstanbul Bələdiyyəsinin hansı işləri gördüyü hamıya yaxşı məlumdur. İstanbulun ən böyük problemlərindən biri olan içməli su problemini, eyni zamanda bir çox başqa işlər gördük. Çünki biz İstanbula aşiq idik. Ona görə də gələn il bələdiyyə seçkilərində İstanbulu CHP-nin zülmündən qurtarmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.