İspaniya 1,5 ton kokain daşıyan gəmini ələ keçirdi
İspaniyanın hüquq-mühafizə orqanları göyərtəsində 1,5 ton kokain olan balıqçı gəmisini ələ keçiriblər.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın milli polisinin yaydığı press-relizdə məlumat verilib.
Məlumata görə, Braziliya bayrağı altında üzən 25 metrlik gəmi Kanar adaları yaxınlığında aşkar edilib. Polis ekipajın bütün üzvlərini – Braziliyanın 5 və Venesuelanın 1 vətəndaşını saxlayıb.
Narkotiklərin balıqçı gəmisinin mühərrik bölməsinin xüsusi düzəldilmiş hissəsində gizlədildiyi vurğulanıb.