Rusiya hərbi helikopteri qəzaya uğradı  - Ölənlər var

 22:16 12.05.2023     506

Krımda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-28 tipli helikopterin qəzaya uğraması nəticəsində 2 pilot həlak olub.

Redaktor.az
TASS-a istinadla bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-28 tipli helikopterin təlim uçuşu zamanı qəzaya uğrayıb:

"Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Vertolyotun düşdüyü ərazidə dağıntılar baş verib və qəza nəticəsində 2 pilot həyatını itirib". 

Araşdırma aparmaq üçün hadisə yerinə ekspertlər göndərilib.