İran 2 Fransa vətəndaşını azad etdi

 21:11 12.05.2023     334

İranda saxlanılan Fransa vətəndaşları Benjamin Bryer və Bernard Felanı azad edib.

Redaktor.az Fransa Beynəlxalq Radiosuna (RFİ) istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Katrin Kolonna məlumat verib.

Fransız diplomat bu hadisə ilə bağlı iranlı həmkarı Hüseyn Əmirabdullahianla danışdığını bildirib. Söhbət zamanı nazir vurğulayıb ki, Fransa İran həbsxanalarında cəza çəkən 4 vətəndaşının da azadlığa çıxmasında israrlıdır.