ABŞ-da 230 mindən çox dövlət qulluqçusunun məlumatları internetə sızdı

 10:02 13.05.2023     454

ABŞ-da 230 mindən çox məmurun məlumatları şəbəkəyə sızıb. 

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, sızma ölkənin Nəqliyyat Departamentində baş verib.

Qeyd edilir ki, insident digər şeylərlə yanaşı işçilərə səyahət xərclərinin bir hissəsini kompensasiya edən “TRANServe” müavinətlərinin emalı sistemində təhlükəsizlik pozuntusu səbəbindən olub.

Məlumatların cinayət məqsədləri üçün istifadə edilib-edilmədiyi məlum deyil.

Hadisənin arxasında kimin olduğu da açıqlanmır.

Şöbə araşdırmaya başlayıb, təhlükəsizlik bərpa olunana qədər sistemə giriş dondurulub.

Eyni zamanda ABŞ Nəqliyyat Departamenti sızmanın nəqliyyatın özündə heç bir təhlükəsizlik sisteminə təsir etmədiyini bildirib.

Xatırladaq ki, arelin 7-də Pentaqonun məxfi sənədlərinin sızması ilə bağlı məlum olub. İnternetdə dərc edilən sənədlərdə, digərləri ilə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti, ABŞ və NATO-nun Ukrayna ordusunu gücləndirmək planları barədə məlumatlar vardı.

Arzu İSMAYIL