Afrikanın ən yaşlı şiri öldürüldü

 11:37 13.05.2023     385

Keniyanın cənubunda Amboseli Milli Parkı ilə həmsərhəd olan Olkeluniet kəndində dünyanın ən yaşlı şiri öldürülüb.

Redaktor.az xəbər verir ki, Keniya Vəhşi Təbiət Xidmətinin (KWS) sözçüsü Pol Qinaronun BBC-yə bildirdiyinə görə, yerli sakinlərin Lunquiito adlandırdığı aslan yemək axtarmaq üçün Amboseli Milli Parkını tərk edərək kəndə daxil olub.

Zəifləmiş qoca aslanı kənd camaatı nizə ilə öldürüb.

Aslanların mühafizəsi təşkilatı olan Lion Guardians, Lunquiitonun "ekosistemdəki və bəlkə də Afrikadakı ən yaşlı erkək aslan" olduğunu söyləyib.

Ümumdünya Təbiət Fondunun (WWF) məlumatına görə, təbiətdə orta ömrü 13 il olan şirlərin əksəriyyəti Afrikada, bir neçəsi isə Hindistanda yaşayır.

Humay İSGƏNDƏRLİ