Hindistan Britaniya İmperiyasının ixrac etdiyi qiymətli əşyaları geri qaytarmağa qərar verdi

 12:29 13.05.2023     377

Hindistan Britaniya İmperiyası tərəfindən çıxarılan qiymətli əşyaları geri qaytarmaq üçün kampaniya başlatmağa qərar verib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Telegraf” məlumat yayıb.

Nəşrin mənbələri bildirir ki, ölkə Britaniyadan müstəmləkəçilik dövründə London tərəfindən çıxarılan minlərlə müxtəlif artefaktın geri qaytarılmasını tələb edə bilər.

“The Telegraph” Hindistanın başlamaq niyyətində olduğu prosesin Britaniya tarixində ən böyük proses ola biləcəyini təklif edir. Ölkənin öz sahibliyinə qaytarmaq istədiyi artefaktlar arasında əfsanəvi “Kohinoor” almazı da var.

Kampaniyanın bu il başlayacağı gözlənilir.

Qeyd edək ki, 1910-cu illərin ortalarında Tacikistan səfirliyi 180-ə yaxın qızıl və gümüş eksponatın olduğu Oxus xəzinə kolleksiyasını Düşənbəyə qaytarmağa uğursuz cəhd etdi. Nəticədə London xəzinələrin yalnız nüsxələrini qaytardı.

Xatırladaq ki, Hindistan 1858-ci ildən 1947-ci ilə qədər Britaniyanın müstəmləkəsi olub. 1947-ci il avqustun 15-də Hindistanın baş naziri Cavaharlal Nehru ölkənin artıq Britaniya tacından müstəqil olduğunu elan etdi və Yeni Dehlidəki Qırmızı Qala üzərində milli üçrəngli bayrağı qaldırdı.

Arzu İSMAYIL