Almaniya Ukraynaya 2,7 milyard avroluq hərbi texnika göndərəcək

 14:45 13.05.2023     395

Almaniya hökumətinin Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün səfərindən əvvəl Ukraynaya 2,7 milyard avro dəyərində yeni silah və sursat göndərəcəyi açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu haqda Almaniyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada Almaniyanın Ukraynanı əlavə olaraq 20 Marder tipli zirehli döyüş maşını, 30 Leopard-1 döyüş tankı və 4 İris-T-SLM hava müdafiə sistemləri ilə təmin edəcəyi bildirilir.

Qeyd edək ki, Ukraynaya veriləcək 2,7 milyard avro dəyərində silah və sursatın Almaniyanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri verdiyi ən böyük dəstək olacağı vurğulanıb.