Litva-Rusiya sərhədində təyyarə qəzaya uğradı

 20:48 13.05.2023     469

Litvanın Rusiya ilə sərhəd olan Yurbarka bölgəsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Litvanın Polis İdarəsi məlumat yayıb.

Hadisə Naukaimis kəndi yaxınlığında baş verib. Yerli sakinlər dağıntılar altından 58 yaşlı pilotun meyitini çıxarıblar.

Polis təyyarənin qəzaya uğramasının səbəblərini araşdırır.