Zelenski Almaniyadan mesaj verdi: "Silahlar, NATO..."

 04:28 14.05.2023     432

Ukrayna Prezidenti Volodimir Zelenski Berlinə gedib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri dövlət başçısının Almaniyaya ilk səfəridir.

"Berlin. Silahlar. Güclü paket. Hava hücumundan müdafiə. Yenidənqurma. Aİ. NATO. Təhlükəsizlik", - Zelenski Telegram-da yazıb.

Qeyd edək ki, Prezident Zelenskinin Almaniyaya səfər proqramı hələ dəqiq məlum deyil.

Turan İSMAYIL