Sünni dini rəhbərin oğlunun öldürülməsi İranda gərginliyə səbəb oldu - VİDEO

 09:20 14.05.2023     334

İranda hökuməti tənqid edən sünni din xadimi Mövlana Məhəmməd Osmanın oğlu Həmad Reyqi Kutəh Karvandərin öldürülməsi gərginliyə səbəb olub.

Redaktor.az xəbər verir ki, barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, Xaş şəhərində məscid imamının oğlunun öldürülməsinə görə Zahedan şəhərinə girişdə avtomobillərin yoxlanılmasına başlanılıb. Nəticədə 2-3 kilometrlik tıxac yaranıb.

Xatırladaq ki, Əlxəlil məscidinin imamının 16 yaşlı oğlu naməlum şəxslər tərəfindən güllələnib.