Rusiyada zəlzələ oldu
Rusiyanın Krasnodar diyarında 3,6 bal gücündə zəlzələ baş verib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Soçidən 75 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə baş idarəsinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, zəlzələ nəticəsində tələfat qeydə alınmayııb.