Hamısını məhkəməyə verəcəyəm – Məhərrəm İncə

 14:12 14.05.2023     585

Türkiyədə seçkiyə 3 gün qalmış prezidentliyə namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncə Ankarada səs verib. 

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, məntəqədə ona qarşı təşkil edilən qara propaqandadan danışan İncə: "Xəbərləri səhv verirsiniz. Ortada bir terror təşkilatı var. Bir pornoqrafiya saytından götürülmüş görüntülərə montajla başımı yapışdırıblar. Amma köhnə dostlarım da daxil olmaqla bunu yayanların hamısını məhkəməyə verəcəyəm”, - deyə açıqlama verib.

Qeyd edək ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncə mayın 11-də partiyasının qərargahında verdiyi açıqlamada namizədliyini geri götürdüyünü açıqlamış, “Mən bunu ölkəm üçün edirəm” demişdi.