Bahçeli Ankarada səs verdi, namizədlərə uğurlar arzuladı

 14:45 14.05.2023     460

Türkiyənin Milliyətçi Hərəkət Partiyasının (MHP) sədri Devlet Bahçeli ölkədə keçirilən prezident və parlament seçkilərində səs verib.

Redaktor.az-ın məlumatına görə, MHP lideri Ankarada seçki məntəqəsinə gedərək seçim edib.

Onun sözlərinə görə, seçkilərdə yüksək fəallıq müşahidə olunur. Prezidentliyə namizdlərə və siyasi partiyalara uğurlar arzuladığını deyən Bahçeli nəticələri Ankarada partiyanın mənzil-qərargahında izləyəcəyini söyləyib.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.