Şolts Zelenskini Berlində hərbi şərəflə qəbul etdi

 15:28 14.05.2023     527

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolts danışıqlar aparmaq üçün bazar günü Federal Kanslerin ofisinə gəlib. Bundan əvvəl o, Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüş keçirib.

Redaktor.az xəbər verir ki, TASS müxbirinin məlumatına görə, Şolts Zelenskini Almaniyaya dövlət səfəri deyil, işgüzar səfərdə olmasına baxmayaraq, onu hərbi şərəflə qəbul edib.

Danışıqlardan sonra kansler və Ukrayna prezidenti mətbuata danışacaqlar.