Səs vermək üçün yarım saat növbə gözlədik - Binəli Yıldırım

 15:43 14.05.2023     552

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım səsvermə prosesində iştirak edib.

Redaktor.az xəbər verir ki, o, Tuzla şəhərində seçki məntəqəsinə gedərək səs verib.

Seçkidən sonra jurnalistlərə açıqlama verən B. Yıldırım vətəndaşlıq borcunu yerinə yetirdiyini bildirib.

"Səs verdik. Bu gün Analar Günüdür, analarımızın əllərindən öpürük. Seçkiyə maraq yüksəkdir. Səs vermək üçün yarım saat gözlədik. Həyat yoldaşımla birlikdə vətəndaşlıq borcumuzu yerinə yetirdik. Seçkilərin nəticələrinin ölkəmiz və millətimiz üçün faydalı olacağına əminik. Ölkənin sabitliyə, inam və əmin-amanlığa ehtiyacı var. Türkiyə əsrində yeni bir anlayış və yeni sıçrayışla vətənimizə, millətimizə, gənclərimizə, övladlarımıza daha yaxşı xidmətlər göstərə bilərik. Millətimizə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.