Türkiyədə 3 seçici ürəktutmadan vəfat etdi

 15:58 14.05.2023     493

Türkiyədə 3 seçici seçki məntəqəsində səs verən zaman ürəktutmadan vəfat edib.

Redaktor.az xəbər verir ki, hadisələrdən biri ölkənin Rize şəhərində qeydə alınıb.

Seçki məntəqəsi önündə 64 yaşlı Şeref Kurtun səhhəti qəfildən pisləşib. O, xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Ş.Kurtun həyatını xilas etmək mümkün olmayıb.

Trabzonda səs verən 74 yaşlı Aysel Ulusoyun da səhhəti gözlənilmədən pisləşib. O,da aparıldığı klinikada dünyasını dəyişib.

Oxşar hadisə Giresunda da baş verib. Belə ki, 85 yaşlı İsmail Yıldızın halı qəfildən pisləşib. Hadisə yerinə gələn təcili təbii yardım xidmətinin əməkdaşları onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.