Türkiyədə seçiciləri yönləndirənlər nəzarətə götürüldü

 19:13 14.05.2023     360

Türkiyədə orta məktəbdə qurulan seçki qutularının bir neçəsində seçiciləri yönləndirmə halı müəyyən edilib.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Siirt bölgəsində qeydə alınıb.

Bildirilib ki, "bəli" möhürü hazır olan seçki bülleteni nümunələri təsbit edilən kimi 5 nəfər şübhəli nəzarətə götürülüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.