Sudanda toqquşmalarda ölənlərin sayı 676-ya çatdı

 19:52 14.05.2023     368

Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş vermiş toqquşmalar nəticəsində ölənlərin sayı 676 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı BMT-nin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, bu ölkədə hərbi əməliyyatlar nəticəsində indiyədək 5575-dən çox insan yaralanıb.