Hindistanda 1,4 milyard dollarlıq metamfetamin daşıyan gəmi saxlanıldı

 23:15 14.05.2023     845

Hindistan hüquq-mühafizə orqanları 1,4 milyard dollar dəyərində 2,5 ton metamfetamin daşıyan gəmini saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Economic Times”a məlumat verib.

Qeyd olunur ki, qadağan olunmuş maddə ölkənin Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilən Samudraqupt əməliyyatı zamanı ələ keçirilib. Eyni zamanda yükün 134 kisələyə yığıldığı və Hindistan, Şri-Lanka və Maldiv adalarında satış üçün nəzərdə tutulduğu bildirilir. Əməliyyat çərçivəsində ümumilikdə 3,2 tona yaxın metamfetamin, 500 kq heroin və 529 kq həşişin saxlanıldığı dəqiqləşdirilir.