Sandıqların 80 faizi açıldı - Ərdoğan liderdir

 23:58 14.05.2023     1979

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.

Redaktor.az xəbər verir ki, Türkiyə Mərkəzi Seçki Komissiyası ilkin rəqəmləri elan edib.

Belə ki, səsvermə bülletenlərinin 10,86 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,34 faiz səslə irəlidədir.

35,84 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ikinci, 5,21 faiz səslə “Ata İttifaqı”nın namizədi Sinan Oğan isə üçüncüdür.