Ərdoğan bu dəfə Prezident seçilə bilmədi - Türkiyədə bülletenlərin 100 faizi sayıldı

 09:29 15.05.2023     2414

Türkiyədə səsvermə qutularının 100 faizi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, Kemal Kılıçdaroğlu 45 faiz, Sinan Oğan isə 5,22 faiz səs toplayıb.

Qeyd edək ki, birinci turda qalib gəlmək üçün namizədlərdən biri 50% +1 toplamalı idi. Ona görə də, Türkiyə Prezidenti 2-ci turun nəticələrindən sonra bilinəcək. 

Səsvermənin ikinci turu isə mayın 28-ə təyin edilib.

***

Türkiyədə səsvermə qutularının 99,86%-i açılıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, son məlumata görə, Rəcəb Tayyib Ərdoğan:49,34%, Kamal Kılıçdaroğlu 44,99%, Sinan Oğan 5,23% səs toplayıblar.

07:43

Türkiyədə seçki qutularının 98,41 faizi açılıb. 49, 34 faiz səslə Ərdoğan liderdir. Kılıçdaroğlu 45 faiz səslə ikincidir.

02:13

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 95,09 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz səslə öndədir.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, ikinci yerdə 44,76 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,28 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 96,31 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 35,58 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 25,08 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,23 faiz, İYİ Partiya 9,90 faiz, Yaşıl Sol Partiya 8,73 faiz səs toplayıb.

01:42

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 93,67 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,63 faiz səslə öndədir.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, ikinci yerdə 44,63 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,29 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 93,89 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 35,67 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 24,96 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,33 faiz, İYİ Partiya 9,93 faiz, Yaşıl Sol Partiya 8,66 faiz səs toplayıb.

2