Ərdoğan İstanbulu tərk etdi

 01:59 15.05.2023     404

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı iqamətgahından ayrılaraq Ankaraya gedib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan iqamətgahının qarşısına toplaşan vətəndaşların sıx marağı ilə qarşılaşıb.

Türkiyə prezidenti kütlənin arasından keçərək xidməti avtomobilinə tərəf gedib.

Daha sonra isə iqamətgahı tərk edərək Ankaraya yola düşüb.

Qeyd edək ki, Ərdoğan bütün seçkilərin sonunda qələbə münasibətilə İstanbuldakı evində "balkon çıxışı" edirdi. 

Xatırladaq ki, Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 93,67 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,63 faiz səslə öndədir.

İkinci yerdə 44,63 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,29 faiz). 

Türkiyə qanunvericiliyinə görə, namizədlərdən biri 50 faiz səs almazsa, seçkilərin ikinci turu keçiriləcək.