NATO ilə əməkdaşlıq Yaponiyanı dağılmağa aparacaq

 09:39 15.05.2023     313

“NATO ilə əməkdaşlıq Yaponiyanı dağılmağa aparacaq”.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin Yapon Araşdırmaları İnstitutunun tədqiqatçısı Kim Sol-Hva deyib.

Koreyalı mütəxəssisin fikrincə, Tokionun “hərbi güc qurmaq” istəyi regionda sabitliyi pozacaq və ölkənin “ikinci ölümünə” səbəb ola bilər.

O qeyd edib ki, indi Yaponiya hakimiyyəti ölkənin Şimali Atlantika Alyansı ilə hərbi əməkdaşlığını Ukraynadakı hadisələrlə əsaslandırır. Eyni zamanda, Yaponiyada NATO ilə yaxınlaşmaq istəyi çoxdan müşahidə olunur.

“Yaponiya anlamalıdır ki, onun xarici qüvvələrlə hərbi sövdələşməsi və ölkəni hərbi gücə çevirmək planı ölkənin ikinci ölümünə səbəb olacaq”, - deyə ekspert bildirib.

Həmidə İbrahimli