Çin ABŞ vətəndaşını ömürlük zindana saldı

 10:07 15.05.2023     380

Çinin şərqində ABŞ pasportu olan taylandlı casusluq ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu qərar bazar ertəsi Suçjou şəhərinin (Tszyansu əyaləti) Aralıq Xalq Məhkəməsi tərəfindən qəbul edilib.

1945-ci il təvəllüdlü Liang Chengyun 2021-ci ilin aprelində polis tərəfindən saxlanılıb.

Məhkəmə həmçinin onu ömürlük siyasi hüquqlarından məhrum etmə və əmlakı müsadirə cəzasına məhkum edib.

İşin təfərrüatları isə açıqlanmayıb.

Həmidə İbrahimli