Zelenski Makronla görüşdü

 10:18 15.05.2023     523

Dünən Ukrayna Prezidenti Volodimir Zelenski Fransaya səfər gedib. O, Parisdə  fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Fransanın Ukraynaya hərbi yardım göstərməsi məsələsi prioritet məsələyə çevrilib. Xüsusilə, Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və Ukrayna səmasını qorumaq üçün prioritet ehtiyaclarına diqqət yetirilib.

Bundan əlavə, prezidentlər effektiv əks-hücum və müvəqqəti işğal olunmuş ərazilərin azad edilməsində  zəruri olan Ukrayna müdafiə qüvvələrinin potensialını gücləndirmək üçün də Fransa ilə praktiki əməkdaşlığı müzakirə ediblər.

Qeyd olunur ki, Zelenski Makrona dəstəyinə görə təşəkkür edib və Ukraynanın uzun müddətdir gözlədiyi “döyüşçülər koalisiyasının” yaradılması ilə bağlı müttəfiqlərin prinsipial birgə qərarını Fransanın dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Bundan başqa, prezidentlər Ukrayna sülh düsturunun səmərəli həyata keçirilməsi üçün qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Zelenski Fransa Prezidentinə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq və Ukrayna sülh düsturu əsasında ədalətli sülhə nail olmaq üçün göstərdiyi diplomatik səylərə görə təşəkkür edib.

Prezidentlər Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyasına dəstəyi məsələsini də müzakirə ediblər. Dövlət başçısı Ukraynanın 2023-cü ildə Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq barədə qərarın qəbul olunacağına ümid etdiyini də əlavə edib və vurğulayıb  ki, alyansa üzvlüklə bağlı müraciətinə cavab olaraq NATO-nun Vilnüs sammitinin konkret siyasi qərarlarını gözləyir.

“Biz Alyansdan Ukraynanın NATO-ya üzvlük əldə olunana qədərki dövr üçün ölkəmizin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı konkret qərarlar gözləyirik”, - deyə Zelenski söyləyib.

Arzu İSMAYIL