Rusiyadakı Türkiyə vətəndaşları ona səs verdi

 10:28 15.05.2023     638

Türkiyədə prezident seçkilərində Rusiyada seçki məntəqələrində səs verən vətəndaşların əksəriyyəti müxalifətin vahid namizədi Kamal Kılıçdaroğluna səs verib.

Redaktor.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rusiyada Türkiyə vətəndaşlarının 37,95 faizi ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana səs verib. Onun əsas rəqibini isə, 54,68 faiz dəstəklənib. ATA alyansının üçüncü namizədi Sinan Oğan isə 4,32 faiz səs toplayıb.

Qeyd edək ki, səsvermə dünən Türkiyənin 81 vilayətində və digər ölkələrdə  keçirilib.

Xatırladaq ki, səsvermə bülletenlərinin 100 faizi emal edilib. Ərdoğan yüzdə 49,34, Kılıçdaroğlu isə yüzdə 45 səs toplayıb. Birinci turda qalib gəlmək üçün namizəd 50 faiz və yuxarı bir səs almalıdır.

Bununla bağlı mayın 28-də keçiriləcək ikinci turun keçirilməsi barədə qərar qəbul edilib.

Arzu İSMAYIL