Zelenski Böyük Britaniyanın baş naziri ilə görüşəcək

 11:10 15.05.2023     437

Ukrayna prezidenti Zelenski Böyük Britaniyanın baş naziri Sunak ilə danışıqlar aparacağını açıqlayıb.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, o, Londonda planlaşdırılan görüş barədə öz Telegram kanalında açıqlayıb.

“Böyük Britaniya yerdə və göydə imkanlarımızı genişləndirməkdə liderdir”,- deyə Ukrayna lideri yazıb.

Zelenski əlavə edib ki, bazar ertəsi, mayın 15-də bu sahədə dövlətlər arasında əməkdaşlıq davam edəcək.

Onun sözlərinə görə, nümayəndə heyətlərinin tərkibində “əsaslı təkbətək danışıqlar” da aparılacaq.

Bundan əlavə, Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak Telegram-da bildirib ki, mayın 15-də Londonda respublikanın müdafiəsini gücləndirmək və ölkənin NATO-ya daxil olmasına dəstək vermək məqsədi daşıyan mühüm görüşlər keçiriləcək.

Həmidə İbrahimli