Rusiyada dronların satışı kəskin artıb

 12:02 15.05.2023     628

Rusiyada Televiziyada PUA-lardan tez-tez bəhs olunması fonunda tələbat kəskin artıb.

Redaktor.az RBC-yə istinadən yazır ki, 2023-cü ilin ilk üç ayında Rusiya bazarlarında dronların satışı 15-20 dəfə artıb, uşaqlar üçün modellər və həvəskar fotoqrafiya üçün olanlar ən populyardır.

“Ozon” birinci rübdə 17,6 min pilotsuz uçan aparat satıb ki, bu da ötən ilin eyni dövründən (2 min cihaz) 15 dəfə çoxdur, pul ifadəsində satışlar 57 milyon rubla yüksəlib.

“Wildberries”də satışlar 20 qat artım göstərdi: illik 2 mindən az olana qarşı 26,7 min ədəd, pul ifadəsində - 88 milyon rubla qədər.

Satıcıların sayı da artıb: “Ozon”da 556% artaraq 971 satıcıya, “Wildberries”də 521-ə qədər, 392% artıb.

Mütəxəssislər dronların populyarlığının kəskin artmasının səbəbləri arasında Ukraynada gedən döyüşlər kontekstində dronların geniş müzakirəsini göstərirlər.

“Moneyplace”in baş direktoru Dmitri Ermolayev deyib ki, televiziyada tez-tez və çox danışılanlar diqqəti cəlb edir.

O hesab edir ki, qadağalara baxmayaraq, PUA-ların Rusiyada və xarici ölkələrdə səyahətlərdə istifadə üçün alınması davam edir.

 Qeyd edək ki, Sankt-Peterburqda dronlarla mübarizə aparmaq üçün xüsusi polis bölməsi yaradılıb.Rusiyanın 50-yə yaxın regionunda dronların buraxılmasına məhdudiyyətlər var. Onların bəzilərində bu qadağa mayın əvvəlində Kremlin prezident iqamətgahına iki pilotsuz təyyarə hücumundan sonra tətbiq edilib və hakimiyyət bunu Ukraynanın üzərinə atıb.

Kiyev  isə hər hansı əlaqəni inkar edib. Dronların istifadəsinə qoyulan qadağanın pozulması halında rusları 50 min rubla qədər cərimə gözləyir.  İnzibati Xətalar Məcəlləsinin 11.4-cü maddəsi insan sağlamlığına ağır zərər vurduqda və ya ölümlə nəticələndikdə yeddi il müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Analitiklər və bazar iştirakçıları ölkənin subyektlərində dron uçuşlarına qadağadan dəymiş zərərin 10 milyard rubldan çox ola biləcəyini və bazarın 2018-ci il səviyyəsinə beş il geri dönə biləcəyini güman edirdilər.

Arzu İSMAYIL