Türkiyədə prezident seçkilərinin son nəticələri AÇIQLANDI

 11:51 15.05.2023     400

Türkiyənin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 49,4%, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu isə 44,96% səs toplayır.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Əhməd Ener Türkiyə televiziyasında canlı yayımlayıb.

Ahmet Ener bildirib ki, bülletenlərin işlənməsi davam edir:

"Bazar ertəsi saat 09:45-ə olan məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,4%, Kamal Kılıçdaroğlu - 44,96%, Sinan Oğan - 5,2% səs toplayıb. Xaricdən alınanların 1529-u emal olunmayıb".

Tunar Altunbay