Ölü körpəsini on gün qutuda gizlətdi

 13:01 15.05.2023     518

Tatarıstanda gənc ana ölü körpəsini 10 gün eyvanında qutuda gizlədib.

Redaktor.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Daha sonra qadın ölmüş dörd aylıq oğlunu zibil qutusuna atıb. Ölən körpə yaşayış binalarının ərazisində zibil boşaldarkən kommunal xidmət işçisi tərəfindən aşkar edilib.

Məlumata görə, 22 yaşlı rusiyalı qadına qarşı cinayət işi açılıb.

Uşağın ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır.

Həmidə İbrahimli