İran-Əfqanıstan sərhədində toqquşmalar baş verdi - VİDEO

 13:49 15.05.2023     1000

İran-Əfqanıstan sərhədində silahlı insident baş verib.

Redaktor.az bildirir ki, Əfqanıstan mətbuatının yazdığına görə, atışma sərhədçilərlə narkotik qaçaqmalçıları arasında yaşanıb.

Silahlı qarşıdurma nəticəsində sərhədçilər arasında yaralanan və ölən olmayıb.

İnsidentdən dərhal sonra İran və Əfqanıstan sərhəd komitəsinin iclasını çağırıblar.