Ata və oğlu deputat seçildi 

 14:21 15.05.2023     1311

Türkiyədə deputat seçkilərində maraqlı hadisə yaşanıb.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ensarioğlu ailəsinin üç üzvü deputat seçilib.

Belə ki, ata və oğul İYİ partiyadan, qardaşı oğlu isə Ərdoğanın partiyasından (AKP) milllət vəkili seçilib. 

Qeyd edək ki, İYİ Partiyanın Yaxın Şərq Siyasətləri Başçısı Səlim Ensarioğlu İstanbuldan, oğlu İYİ Partiya Diyarbəkir İl sədri Vecdin Ensarioğlu Diyarbəkirdən, AKP-nin üzvü qardaşı oğlu Qalip Ensarioğlu isə Diyarbəkirdən deputat seçilib.

Humay İSGƏNDƏRLİ