İranda 3 SEPAH zabiti  ÖLDÜRÜLDÜ

 14:17 15.05.2023     437

İranın Sistan və Bəluçistan əyalətində SEPAH qüvvələri ilə etnik bəluçlar arasında atışma olub.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bildirilir ki, əyalətin İranşəhr şəhərinin Çahcamal bölgəsində baş verən qarşıdurma nəticəsində üç SEPAH üzvü və iki etnik bəluç ölüb, bir neçə nəfər isə ağır yaralanıb.  

Hadisənin təfərrüatı barədə əlavə məlumat verilmir. Silahlı qarşıdurma SEPAH məmurlarının Çahcamal bölgəsində yaşayış binasına atəş açdıqdan sonra başlanıb.

Əyalətin polis idarəsinin rəisi Dostəli Cəliliyan isə silahlı qarşıdurmanın baş verdiyini təsdiqləyib və hökumət məmurlarının narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirdiyini iddia edib.

Humay İsgəndərli