Məşhurlar millət vəkili seçilə bilmədi 

 16:54 15.05.2023     1864

Türkiyədə keçirilən parlament seçkilərində bir neçə məşhur sima da deputatlığa namizəd olub.

Redaktor.az "Haber Global" a istinadən xəbər verir ki, kifayət qədər səs toplaya bilməyən məşhur simalar parlamentə daxil ola bilməyib.

Aktyor Kerem Fırtına, Barış Atay, Serhat Özcan, İlyas Salman, Mehmet Aslantuğ namizəd olsalar da, parlamentə daxil ola bilməyiblər. 

Millət vəkili seçilməyən məşhurlarla yanaşı parlamentə seçilən tanınmış simalar da olub.

Belə ki, keçmiş futbolçu Alpay Özalan və Ünal Karaman, "Miss Türkiyə" iştirakçısı Seda Sarıbaş, aktyor Bahadır Yenişehirlioğlu və musiqiçi Yücel Arzen millət vəkili olublar. 

Humay İSGƏNDƏRLİ