Britaniya Ukraynanın güzəştə getməyə məcbur edilməsinə imkan verməyəcək - Nazir

 18:50 15.05.2023     424

Böyük Britaniya Ukraynaya hərbi yardımı davam etdirəcək ki, digər Qərb ölkələri sülhə nail olmaq üçün Kiyev hakimiyyətini güzəştə getməyə vadar etməsinlər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədəi Böyük Britaniyanın müdafiə naziri Ben Uolles məlumat verib.

"Ukraynalılar Ukraynanın danışıqlar üçün ən yaxşı mövqedə olmasını təmin etmək üçün güzəştə getməyə məcbur edilməməlidir. Böyük Britaniya və onun tərəfdaşları Ukraynaya hərbi və iqtisadi dəstək verməyə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə və ona beynəlxalq təzyiqləri artırmağa davam edəcəklər" - deyə Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən nazir bildirib.

Turan İSMAYIL