Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırıldı

 11:22 16.05.2023     301

ABŞ-ın Çikaqo şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.

Redaktor.az xəbər verir ki, şəhərin məşhur “The Daley Center” inzibati-ictimai mərkəzində baş tutan bayraqqaldırma mərasimi Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə həyata keçirilib.

Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb.

Bayraqqaldırma mərasimi şəhər əhalisinin diqqətini çəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycan haqqında məlumat verilib.

ACMA-nın rəhbəri Fərid Məmmdov bildirib ki, artıq ənənəyə çevrilmiş bayraqqaldırma layihəsi hər il Azərbaycan üçün əlamətdar və tarixi günlərdə təşkil olunur.

Qeyd edək ki, Azərbaycan bayrağı gün ərzində Çikaqo meriyasının qarşısındakı  “The Daley Center”də dalğalanacaq.