"Rusiya pulu ödənilən silahları göndərmir" - Ermənistan XİN

 13:28 16.05.2023     335

Ermənistan Xarici İşlər Nazirliyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın Rusiya silahlarını almaması və bunun müqabilində pul ödənilməsi barədə bəyanatını təsdiqləyib.

Redaktor.az-ın xəbərinə görə, Armen Qriqoryan bir müddət əvvəl bəyan edib ki, Ermənistanın yeni silah təchizatına ehtiyacı var, çünki Rusiyaya sifariş verilən və pulu ödənilən silahlar göndərilməyib.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan isə jurnalistlərə bildirirb ki, ödənişlər edilsə də, silah həqiqətən  gəlməyib:

 "Alqı-satqı müqaviləsinin müddəaları əsasında bununla bağlı iş aparılır. Mən buna heç nə əlavə edə bilmərəm".

Səfəryan çatdırılmanın ləngiməsinin səbəbləri ilə bağlı sualları cavablandırmayıb, bu barədə Müdafiə Nazirliyindən məsələyə aydınlıq gətirməyə çağırıb.

Tunar Altunbay