Türkiyədə 2 hərbçi şəhid oldu

 13:46 16.05.2023     415

Türkiyə Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub.

Redaktor.az xəbər verir ki, onlar Şırnak bölgəsində terrorçularla toqquşma nəticəsində həlak olublar.

Məlumata görə, daha 2 hərbi qulluqçu yaralanıb.

Atışma nəticəsində 3 terrorçu məhv edilib.

Şəhidlərin adları hələ ki açıqlanmayıb (report).