ABŞ-da hərbçilərin dövlətə 7 milyon dollar borcu yaranıb

 15:44 16.05.2023     357

“Ölkənin Hərbi Dəniz Qüvvələrinin (ABŞ Hərbi Dəniz Qüvvələri) 1200-dən çox təqaüdçü amerikalı hərbçisinin sistem səhvinə görə dövlətə ümumilikdə təxminən yeddi milyon dollar borcu var”.

Redaktor.az xəbər verir ki, bu barədə “NBC News”məlumat verib.

Federal hökumət səhvən amerikalılara aylıq ödəniş kimi köçürülmüş pulları geri almağa çalışır. Hərbçilər dörd il ərzində lazım olandan çox alıblar. Şəxsi borclar 35.000 ilə 70.000 ABŞ dolları arasında dəyişir.

Müdafiə Departamentinin əməkdaşlarına və təqaüdçülərə ödənişlərə nəzarət edən agentlik, təsirə məruz qalan təqaüdçülərə borcun necə ödənilməsi və ya möhlət tələb edilməsi barədə məlumatları ehtiva edən rəsmi borc bildirişləri göndərəcəyini söyləyib. Eyni zamanda, nəşrlə söhbətində bəzi hərbçilər bunun ağır zərbə olduğunu və onların təqsiri üzündən baş verməyən bir hadisə olduğunu etiraf ediblər.

Məlumata görə, aprelin sonlarında ordu rəsmiləri də sistemdə oxşar səhv aşkar ediblər, nəticədə 600-dən çox hava zabiti daha üç il xidmət etməli olub.

Həmidə İbrahimli