Gürcü aviaşirkəti Tbilisidən Moskvaya uçuşlara başlayacaq

 16:25 16.05.2023     401

Gürcüstanın Mülki Aviasiya Agentliyi “Georgian Airways” aviaşirkətinə Rusiyaya uçuşlar üçün icazə verib.

Redaktor.az “İnterfaks”a  istinadla xəbər verir ki, aviaşirkətin müraciətinə uyğun olaraq, uçuşlar mayın 20-də başlayacaq.

Məlumata görə, uçuşlar həftədə yeddi dəfə həyata keçiriləcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 10-da öz fərmanı ilə 2023-cü il mayın 15-dən Rusiya Federasiyasına əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə daxil olan şəxslər istisna olmaqla, Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Sənədə əsasən, “2023-cü il mayın 15-dən Gürcüstan vətəndaşları şəxsiyyəti təsdiq edən etibarlı sənədlər əsasında Rusiya Federasiyasına daxil olur və Rusiya Federasiyasını viza vermədən tərk edirlər”.

Bundan əlavə, 2019-cu ilin iyul ayından qüvvədə olan Gürcüstana uçuşlara məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman verilib.

ABŞ və Avropa İttifaqı öz növbəsində Tbilisiyə Rusiya Federasiyası ilə hava nəqliyyatının bərpası halında sanksiyaların tətbiq olunacağı riskləri barədə xəbərdarlıq edib.

Həmidə İbrahimli