İspaniya Türkiyəyə nota verdi

 20:46 16.05.2023     407

İspaniya hökuməti krallığın 10 vətəndaşının, o cümlədən seçkiləri müşahidə etmək üçün gələn üç deputatı ölkədən çıxarılması ilə əlaqədar Türkiyə hökumətinə etiraz edib.

Redaktor.az xəbər verir ki, bu məlumatı TASS-ın müxbirinə İspaniya diplomatik mənbələri təsdiqləyib.

Onların sözlərinə görə, nota Türkiyədəki səfirlik vasitəsilə göndərilib.

"Europa Press" agentliyinin məlumatına görə, İspaniya hökuməti bazar ertəsi ölkədən qovulmuş 10 nəfərin əsassız və izahatsız saxlanılmasına görə Türkiyə hakimiyyətinə öz narazılığını bildirib.

Tunar Altunbay