Ərdoğan partiya liderləri ilə bir araya gəldi - FOTO

 20:54 16.05.2023     360

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Cumhur İttifaqı"na daxil olan siyasi partiyaların liderləri ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, o, əvvəlcə MHP sədri Dövlət Baxçalı ilə görüşüb. Görüşdən sonra Ərdoğan Demokratik Sol Partiyasının sədri Önder Aksakalı qəbul edib.

Ərdoğan daha sonra Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan, ardınca HÜDA PAR partiyasının sədri Zekeriya Yapıcıoğlu ilə görüşüb.

Prezidentin ofisində baş tutan görüş mətbuata qapalı keçirilib.

Detallar mətbuata açıqlanmayıb.