BMT Ukraynadakı iqtisadi vəziyyətlə bağlı proqnoz verdi

 23:52 16.05.2023     387

Birləşmiş Millətlər Təşkilatı (BMT) “Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” adlı hesabatını dərc edib və bu hesabatda Ukrayna iqtisadiyyatının müharibə səbəbindən 2022-ci ildə 29,1% azaldığı və 2023-cü ildə durğunluq ehtimalının olduğu bildirilir.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədin mətninə görə, Ukrayna iqtisadiyyatı sənaye potensialının və enerji infrastrukturunun əhəmiyyətli hissəsini itirib.

Qeyd olunur ki, xarici maliyyə yardımı, o cümlədən BVF krediti və Avropa İttifaqı və ABŞ-nin büdcə dəstəyinə baxmayaraq, 2023-cü ildə ölkə iqtisadiyyatında durğunluq müşahidə oluna bilər.

Bununla belə, Ukraynanın uzunmüddətli perspektivi münaqişənin müddəti və intensivliyindən, eləcə də bu günə kimi 411 milyard dollara başa gələcək yenidənqurma işlərinin maliyyələşdirilməsi imkanından asılı olacaq.