Baş nazir 57 nəfərin ölümünə görə məhkəməyə verildi

 23:59 16.05.2023     418

Fevralın 28-də Yunanıstanda baş verən qatar qəzasında yaxınlarını itirən şəxslər ölkənin baş naziri Kiriakos Mitsotakisi məhkəməyə verib.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, qəzada həlak olan 57 nəfərin yaxın qohumu Mitsotakis və nazirlərlə bağlı məhkəməyə müraciət edib.

Bildirilir ki, onlar qəzaya görə baş nazir və hökumətinin günahkar olduğunu iddia edirlər.

Qeyd edək ki, Yunanıstanın paytaxtı Afinadan Salonikiyə gedən sərnişin qatarı Tempi bölgəsində yük qatarı ilə toqquşub. Qəzada sərnişin qatarının birinci və ikinci vaqonları tamamilə əzilib, üçüncü vaqon isə relsdən çıxıb. Qəza nəticəsində 57 nəfər həlak olub. Qəzadan sonra infrastruktur və nəqliyyat naziri Kostas Karamanlis istefa verib.