Ukraynada rusların canlı itkisi 200 mini keçdi - FOTO

 09:43 17.05.2023     903

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 200590 (+610) nəfər canlı qüvvəsi, 3771 (+9) tank, 7365 (+17) ədəd zirehli döyüş maşını, 3166 (+16) ədəd artileriya sistemi, 562(+0) reaktiv yaylım atəşi sistemi, 318 (+2) hava hücumundan müdafiə sistemi, 308 (+0) təyyarə, 294 (+0) helikopter, 2748 (+16) PUA, 972 (+9) qanadlı raket, 18 (+0) gəmi, 6067 (+19) avtomobil texnikası və avtosistern, 417 (+7) xüsusi texnikası məhv edilib.

Tunar Altunbay